Bu gün Sumqayıtlı şəhid Elnur Allahverdizadənin doğum günüdür. O, 1995-ci ildə anadan olub. Bu haqda Sumqayıt24 xəbər verir.
Qəhrəman şəhidimiz “25” adlı fotosərgisi həm Sumqayıtda, həm də Bakıda keçirilib. Burada onun 25 yaşına 25 “street” janrında çəkdiyi fotolar nümayiş olunub. O, bir çox serial və reklamın çarxlarının səs rejissoru olub.
Elnur Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.