AQTA Sumqayıt şəhərində monitorinqləri davam etdirir. Bu haqda 15 fevral tarixində Sumqayıt24 Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Yoxlama zamanı şəhərin 46-cı məhəlləsinin Çerkassi küçəsində yerləşən Qənd sexində sanitar norma və qaydaların pozulması ilə bağlı nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar Nazim Babayevə inzibati protokol tərtib olunub.