Sumqayıtda keçirilən “Kitab Günü”ndə millət vəkili Qənirə Paşayeva iştirak edib. Sumqayıt24 bu barədə 10 dekabr tarixində xəbər verir.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva müəllimlər və şagirdlərlə görüşüb, onlarla oxu mədəniyyətinin təbliği, təşviqi və tərənnümü ilə bağlı ətraflı fikir mübadiləsi aparıb. Deputat və xeyirxah işadamları tərəfindən toplanmış çoxsaylı ədəbiyyat nümunələri məktəb kitabxanası, müəllim və şagirdlərə hədiyyə edilib.
Komitə sədri müəllifi, həmmüəllifi və layihə rəhbəri olduğu bir sıra kitabları da kitabxanalara bağışlayıb.