Dənizin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda Report-a istinadən xəbər veririk.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun verdiyi məlumata görə, həmin şəxsin Neftçala rayon sakini Ramin İmanov olduğu müəyyən edilib. Nəticədə ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Ramin İmanov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.