Xəzər dənizində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Sumqayıt24 bu barədə 1 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Elnur Nəcəfov, Bakı şəhər sakinləri Emin Alməmmədov, Vaqif Nəbizadə, Lənkəran rayon sakinləri Babək Xəlilov, Mehman İbayev, Şahan Rzayev, Şəmkir rayon sakini Rafiq Məmmədov, Astara şəhər sakini Zakir İsayev olduqları müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 1700 metr uzunluğunda sintetik tor götürülüb.
Faktla bağlı təqsirləndirilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.