Xəzərin Sumqayıt şəhər akvatoriyasında qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda bu gün, 14 iyun tarixində Ekologiya və Təbii Sərvələr nazirliyinə istinadən xəbər veririk.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun verdiyi məlumata görə, həmin şəxsin şəhər sakini Fərhad Nəcəfov olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Nəcəfov barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.