Sumqayıt şəhəri 22-ci məhəllə ərazisində qanunsuz olaraq ağacların kəsilməsi faktı müəyyən edilib. Sumqayıt24 bu haqda bu gün, 8 aprel tarixində Ekologiya və Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Fakt Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Araşdırma zamanı ağacların vətəndaş Zahid Əliyev tərəfindən kəsildiyi məlum olub. Bununla o, təbiətə 4320 manat məbləğində ziyan vurub.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə, xidmətin rəisi Bəhruz Məhəmmədov bildirib.