Xəzər dənizinin Sumqayıt şəhərinin akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda 10 aprel tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma zamanı qanunsuz ov edən şəxslər müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Fakta bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.