Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu haqda 27 fevral tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Araşdırma zamanı qanunsuz ov edənin Sumqayıt şəhər sakini Arzu Abbasov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.