Sumqayıtda qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Araşdırma zamanı qanun pozucularının Sumqayıt şəhər sakinləri - Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduqları müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.