Saray qəsəbəsində qanunsuz tikili aşkarlanıb. Bu haqda 17 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində yoxlama keçirilib. İcazəverici sənədlər olmadan, yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla inşa edilən obyekt sökülüb.