Sumqayıtda sərnişin avtobusunda yaranan sıxlıqdan sakinlər çətinlik çəkirlər. Bu haqda 13 mart tarixində Sumqayıt24 xəbər verir.
33 nömrəli marşrut avtobusunda günün pik saatlarında basabas yaranır. Sakinlərin sözlərinə görə, avtobus çox vaxt qapısı açıq şəkildə hərəkət edir. Bu isə sərnişinlərə təhlükə yaradır.