Sumqayıtda fortepiano və violin şöbəsində təhsil alan şagirdlərin konserti təşkil edilib. Bu haqda bu gün, 13 aprel tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Məlumata əsasən, Qara Qarayev adına şəhər 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri konsertdə Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. Tədbirdə fortepiano şöbəsindən İradə Bədəlova, Esmira Əliyeva, Sevda Məcidova, Sevda Ələkbərli, Təranə Eminli, Təranə Kərimova, Lalə Qocayeva, Tamilla Qasımova, İnna Abbasova, İlahə Səfərova və violin şöbəsinin müəllimi Fidan Abbasovanın şagirdləri rəngarəng musiqi nömrələri təqdim ediblər.
Konsertdə Niyazi, Q.Qarayev, A.Məlikov, E.Nəzirova, T.Quliyev, F.Bədəlbəyli, F.Əmirov, M.Nəsirbəyov, F.Sücəddinov və M.Mirzəyevin əsərləri ifa olunub.