Saray qəsəbəsində "Qarabağ Azərbaycandır" adlı hesabat konserti keçirilib. Bu haqda bu gün, 9 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Tədbir Uşaq İncəsənət Məktəbində təşkil edilib. Qonaqlara məktəbin foyesində təşkil edilmiş sərgi təqdim edilib. Sonra şagirdlər vətənpərvər ruhda mahnılar, şeirlər səsləndirib, rəngarəng kompozisiyalar nümayiş etdiriblər.