top
Qarabağ ordenli mayor, şəhid Taleh Kərimovun doğum günüdür
06 mart 2026, 12:20
- ↺ +

"Qarabağ" ordenli mayor, şəhid Taleh Kərimovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsi şəhidi, mayor Taleh Kərimovun doğum günüdür.

Taleh Adil oğlu Kərimov 6 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O, əvvəl Corat qəsəbəsində 7 nömrəli məktəbdə, daha sonra Məhəmməd Füzuli adına "İstedad" liseyində oxuyub. 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Kəşfiyyatçı" ixtisası üzrə ali hərbi təhsil alıb.

2007-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Müxtəlif illərdə kəşfiyyat bölmələrində mühüm vəzifələrdə çalışıb, o cümlədən kəşfiyyat taqım komandiri, kəşfiyyat bölməsinin rəisi və 4-cü Ordu Korpusunun kəşfiyyat şöbəsində rəis müavini olub. Son olaraq Kəşfiyyat Baş İdarəsində xidmət edirdi.

Azərbaycan Ordusunun mayoru Taleh Kərimov 2020-ci il Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, 30 oktyabr 2020-ci ildə Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Qəhrəmanlığına görə Taleh Kərimov ölümündən sonra "Qarabağ" ordeni, həmçinin "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər