Vətən müharibəsi şəhidi Zaur Ələsgərlinin mövlud günüdür. O, 5 mart 1995-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb.
Miçman Zaur Ələsgərli müharibə zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda savaşıb. 31 oktyabr 2020-ci ildə isə Xocavənd döyüşlərində şəhid olub.
Ölümündən sonra o, “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Qəhrəman şəhidimizdən 2 azyaşlı oğul yadigar qaldı.