"4Maps Bilgi Teknolojileri" MMC-nin İqtisadiyyat Nazirliyindən aldığı sifarişin dəyəri açıqlanıb. Sumqayıt24 bu haqda 12 avqust tarixində Marja.az-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan şirkət "Google" və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün Qarabağda işlərə başlayıb. Bunun üçün "Tikinti-Təchizat Birliyi" MMC ilə "4Maps Bilgi Teknolojileri" MMC arasında 3 milyon 729 min 561 manatlıq satınalma müqaviləsi bağlanıb.