Sumqayıtda “Qarabağın döyünən ürəyi Şuşa” adlı oxucu konfransı keçirilib. Bu haqda bu gün, 10 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Konfrans Nizami Gəncəvi adına Kitabxana klubunda təşkil edilib. Tədbirdə Şuşanın azad olunmasında 44 günlük müharibədə canından keçən qəhrəmanlarımızdan, eləcə də tarixindən, təbiətindən, abidələrindən, incəsənət xadimlərindən danışılıb.
Sonda “Şuşa Qarabağın mirvarisi” adlı sərgiyə baxış keçirilib.