Sumqayıtda “Şuşa ili”nə həsr olunmuş rəsm sərgisi keçiriləcək. Sumqayıt24 bu barədə 5 noyabr tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Peşəkar rəssamların rəsm və dekorativ - tətbiqi sənət ustalarının əl işlərindən ibarət olacaq “Qarabağın tacı-Şuşa” adlı sərgi noyabrın 11-i saat 17:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.