Saray qəsəbəsində yolların işıqlandırılması ilə bağlı mühüm problemlər mövcuddur.
Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, Saray və Novxanı qəsəbələrini əlaqələndirən yollarda axşamlar göz-gözü görmür:
“Buradan hər gün çox sayda avtomobil keçir. Ərazidə işıqlandırma dirəkləri olsa da, onları elektrikə qoşmurlar. “Bolluq” marketin yanındakı dirək isə hər an kiminsə üzərinə aşa bilər”.