Qida təhlükəsizliyi müfəttişləri Sumqayıt şəhərində fəaliyyət göstərən ticarət müəssisələrində yoxlama aparıb. Bu haqda 9 mart tarixində Sumqayıt24 AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı şəhərin 15-ci məhəllə, ev 10-1 ünvanında yerləşən "Qayalı" marketdə Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.