Sumqayıtda, TUQ zavodunun ərazisində yerləşən "Azmet" QSC-nin istismarında olan metaləritmə zavodunda bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 5 may tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, 4 may saat 15:00 radələrində zavodda propan qaz balonu partlayıb. Nəticədə 32 yaşlı qaynaqçı Sərxan Hümmətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.