Sumqayıt şəhər 19 nömrəli məktəb əsaslı şəkildə təmir edilir. Bu barədə 6 avqust tarixində Sumqayıt24 xəbər verir.
Sözügedən təhsil ocağı H.Z. Tağıyev qəsəbəsinin Xətai küçəsində yerləşir. Məktəbin iki və üçmərtəbəli binalarının fasadı bərpa edilir, divarlar rənglənir, həmçinin sınıq pəncərələr yeni plastik pəncərələrlə əvəz edilir. Məlumata görə, işlər yeni tədris ilinin açılışınadək yekunlaşacaq.
Xatırladaq ki, 19 nömrəli məktəbin baxımsız vəziyyətdə olduğu barədə xəbər vermişdik. [modula id="19694"]