Sumqayıtlı qazinin anadan olduğu gündür. Sumqayıt24 bu haqda 16 dekabr tarixində xəbər verir.
Qazi Cahangir Əliyev bu gün 24 yaşını qeyd edir. Məlumata görə, o, dekabrın 20-də Türkiyəyə yollanacaq. Cahangir burada müalicə ediləcək.
Qeyd edək ki, Əliyev orta təhsili başa vurduqdan sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Ordudan tərxis olunmasına üç gün qalmış Vətən müharibəsi başlayıb.
O, raket mərmisinin partlayışı nəticəsində yaralanıb. Cahangirin sol gözü görmür, qulağı eşitmir və danışmaqda problemləri var, əl barmaqlarını itirib, yanmış üzünə yeni dəri köçürülüb.