Qazilər və əlilliyi olan şəxslər, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Reabilitasiya Mərkəzinin rəhbərliyi Sumqayıtda təşkil olunan “Zirvəyə ucalanlar” adlı sərgidə olublar. Sumqayıt24 bu haqda AZƏRTAC-a istinadən xəbər verir.
Burada, qonaqlara Sumqayıt şəhidlərinə həsr olunmuş sərgi haqqında ətraflı məlumat verilib. Onlar şəhid olmuş döyüş yoldaşları barədə, həmçinin keçdikləri çətin müharibə yolu haqda danışıblar.
Xatırladaq ki, sərgi Sumqayıt Rəsm Qalereyasında təşkil olunub. Giriş ödənişsizdir.