Müalicə üçün Tükiyəyə göndərilən qazilərin arasında Camal Alxasov da var. Bu haqda bu gün, 1 aprel tarixində “YAŞAT” Fonda istinadən xəbər veririk.
Məlumata əsasən, qazimiz “YAŞAT” Fondu tərəfindən müalicəyə yola salınıb. Fond, qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Bu günə qədər Türkiyəyə yola salınan 167 qazimizdən 127-nin müalicəsi uğurla yekunlaşıb.