Sumqayıtda “Sağlam həyat” devizi altında idman tədbiri keçirilib. Sumqayıt24 bu barədə 5 noyabr tarixində şəhər Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Şəhərdə bədən tərbiyəsi və idmanın inkişafı, təbliğ etdirilməsi məqsədilə qılıncoynatma idman növü üzrə nümunəvi çıxışlar keçirilib. Tədbirdə müxtəlif yaş kateqoriyalarından olan uşaq və yeniyetmələr iştirak ediblər.
İdman tədbiri Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.