Sumqayıtda ahıllara bayram bağlamaları və qurban payı verilib. Sumqayıt24 bu haqda 9 iyul tarixində Qızıl Aypara Cəmiyyəti Sumqayıt Bölməsinə istinadən xəbər verir.
"PAŞA Həyat" ASC və “SOCAR Polymer” MMC tərəfindən bölmənin qeydiyyatında olan ahıllar üçün sovqatlar hazırlanıb. Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinin bayram payları könüllülər tərəfindən evlərində təhvil verilib.