Az.QAC Sumqayıt şəhər bölməsi tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub. Bu barədə Sumqayıt24 xəbər verir.
Bölmə sədri Mətanət Məhərrəmova gənclərə xoş arzularını bildirib. Növbəli şəkildə söz alan könüllülər də öz təbriklərini çatdırıblar. Fəal könüllülərdən olan Sona Nəzərovaya magistratura təhsili ücün İspaniyaya getməsi, Seyfəddin Maqsudova isə yeni vəzifəyə təyin olunması münasibətilə uğurlar arzulayıblar.
Könüllülər şən musiqi sədaları altında rəqs edib, əyləniblər. Tədbirin sonunda gənclər birlikdə bayram tortunu kəsiblər.