Sumqayıtda təhsil almış gəncin “Qordi düyünü” kitabının təqdimatı keçirilib. Bu haqda bu gün, 27 aprel tarixində Masallı Gənclər Evinə istinadən xəbər veririk.
Sumqayıt şəhər 12 nömrəli orta məktəbin məzunu olan Gülnaz Nağızadənin sayca üçüncü nəşr olunmuş kitabının təqdimat mərasimi Masallı rayonunda İH-nin dəstəyi ilə keçirilib. Tədbirdə Masallı RİH başçısının müavini Aybəniz Qafarova, Milli Məclisin deputatı Qənirə Paşayeva, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, Sumqayıt Poeziya Evinin direktoru Elçin Hüseynbəyli və digər mədəniyyət xadimləri iştirak ediblər.