"Özünü inkişaf et - məktəblilərin uğuru, karyera yolunda şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi" adlı layihənin təqdimatı olub. Bu barədə 22 oktyabr tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Polad Həşimov adına 28 saylı məktəbin tarix müəllimi Aygün Rəhimova həmin layihə ilə Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsində iştirak edib və qaliblərdən biri seçilib.
Qeyd edək ki, tədbir Heydər Əliyev Mərkəzində baş tutub.