H.Z.Tağıyev qəsəbəsində səyyar qəbul keçirilib. Sumqayıt24 bu barədə 26 noyabr tarixində xəbər verir.
“Kosmonavtika” hərbi şəhərciyində yerləşən mərasim evində keçirilən görüşdə Qubadlı icra başçısı Malik İsaqov vətəndaşlarla görüşüb. Burada RİH-nin məsul işçiləri, icra nümayəndələri, həmin ərazidə yerləşən yataqxana və digər yerlərdə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər. Qəbul zamanı 10 məsələ qaldırılıb. Həmin müraciətlərin 6-sı yerində həll olunub, 4-ü isə baxılması üçün nəzarətə götürülüb.