H.Z. Tağıyev qəsəbəsində Qubadlı rayon icra başçısı Malik İsaqov səyyar qəbul keçirib. Bu haqda 29 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Görüş 40 saylı tam orta məktəbdə baş tutub. Burada Rayon İcra Hakimiyyətinin nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib. Qaldırılan 12 məsələdən 2-si yerində həll olunub, 7-si baxılması üçün nəzarətə götürülüb.