Sumqayıtda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar qəbul keçirilib. Bu haqda bu gün, 20 iyul tarixində İH-yə istinadən xəbər veririk.
Görüş Qubadlı rayon C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbində baş tutub. Səyyar qəbulda Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.
Qəbul zamanı qaldırılan 13 məsələdən 8-i yerində həll olunub. 5-i isə baxılması üçün nəzarətə götürülüb. Eyni zamanda icra başçısının C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbin müəllim kollektivi ilə də görüşü keçirilib.