Qubadlı rayon İcra Hakimiyyətinin (RİH) başçısı Malik İsaqov vətəndaş qəbulu keçirib. Görüş Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Xələc kənd məktəbində baş tutub. Bu haqda qurumun Facebook səhifəsinə istinadən xəbər veririk.
Görüşdə Malik İsaqovdan əlavə RİH məsul işçiləri, burada fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri iştirak edib. Qəbulda qaldırılmış 9 məsələdən 5-i yerindəcə həllini tapıb, qalan 4-ü isə baxılması üçün nəzarətə götürülüb.
Sonda icra başçısı sözügedən məktəb kollektivinin problemlərini dinləyib.