Qubadlı rayon icra hakimiyyətinin başçısı Sumqayıtda vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu haqda 27 iyul tarixində qurumun səhifəsinə istinadən xəbər verir.
Görüş Baba Məmmədov adına Fərcan kənd orta məktəbində təşkil edilib. İcra başçısı Malik İsaqov, onun inzibati ərazi dairəsi üzrə nümayəndələri, RİH-nin məsul işçiləri 22 nəfərin müraciətini dinləyiblər.
Nəticədə, qaldırılmış məsələlərdən 12-si yerində həll edilib, qalanı isə baxılması üçün nəzarətə götürülüb.