Sumqayıt sakinləri qurbanlıq heyvan almaq üçün “Mal bazarı”na axın edib. Sumqayıt24 bu haqda 9 iyul tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində, saat 08:00-dan 20:00-a dək şəhərimizin iki ünvanında qurbanlıq heyvan kəsimi və satışı, bir ünvanda isə yalnız satış həyata keçiriləcək.
Təqdim olunan kadrlar 42-ci məhəllədə yerləşən bazardandır. Burada satılan qurbanlıq heyvanlar hamısı baytarlıq nəzarətindən keçirilib. Vətəndaşların rahat şəkildə alış-veriş edə bilmələri üçün ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. [modula id="18155"]