“Qurd dərəsi” bağlar massivinin sakinləri ictimai nəqliyyat probleminə görə çətinlik çəkirlər. Bununla bağlı onlar Sumqayıt24 -ə məlumat verib.
Yerli sakinlərin sözlərinə görə, Sumqayıtdan massivə və əks istiqamətdə hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu səbəbdən insanlar həmin avtobusları bəzən yarım saatdan çox gözləməli olurlar.
“Bütün sadaladığımız problemlərdən əlavə, həmin avtobusların keçən əsrdən qalmalarıdır. Heç yerdə belə nəqliyyat vasitələrindən istifadə edilmir”, - deyə sakinlər əlavə edib.