Ceyranbatan qəsəbəsində quşçuluq fermasında yanğın qeydə alınıb. Bu barədə 22 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Ümumi sahəsi 1200 kv.m olan quşçuluq fermasının dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov FHN-in bölmələri tərəfindən söndürülüb.