Sumqayıt Dövlət Rəsm Qalereyasında “YARAT” Müasir İncəsənət Məkanı tədbir təşkil edilib. Bu haqda bu gün, 6 aprel tarixində qalereyanın Facebook hesabına istinadən xəbər veririk.
Qalereyada şəhər məktəblərinin yuxarı sinif şagirdləri “YARAT ilə öyrən” adlı məktəb proqramı, SDU-nun tələbələri üçün isə linoqravüra - “Xarı Bülbül” təsviri ustad dərsi keçirilib.
Keçirilən proqram məktəb və tələbələr tərəfindən maraqla qarşılanıb.