Sumqayıtlı əfsanəvi karateçi Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) vəzifə və rütbə verildi. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Belə ki, 5 qat dünya və 11 qat Avropa çempionu olan idmançımız Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Bundan əlavə, ona mayor rütbəsi də verildi.