Sabah Ramazan ayının ikinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 2-si imsak vaxtı saat 05:48, iftar vaxtı isə saat 18:49-da olacaq.
İkinci gün üçün namaz vaxtları:
Sübh azanı – 05:53
Zöhr azanı – 12:54
Əsr azanı – 16:51
Məğrib azanı – 18:49
İşa azanı – 19:49
İmsak duası:
“Bismillahir-Rahmanir-Rahim. Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.
Tərcüməsi: “Mərhəmətli, Rəhmli Allahın adı ilə! İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Məni bu ayda öz ayələrini oxumağa müvəffəq et, ey rəhimlilərin rəhimlisi!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Qeyd edək ki, Bakıda elan olunan namaz cədvəli Sumqayıtda +1 dəqiqə fərqlə hesablanmalıdır. Yəni, Sumqayıtda sübh, günorta, axşam və digər namazların vaxtı Bakıya nisbətən bir dəqiqə gec girir.
Allah orucunuzu qəbul eləsin!