Rəqəmsal inkişaf və nəqliyyat naziri Sumqayıt sakinləri ilə görüşəcək.
Sumqayit24.az xəbər verir ki, nazir Rəşad Nəbiyev avqustun 29-da Şabranda qəbul keçirəcək. Görüşdə yerli əhali ilə yanaşı Sumqayıt, Siyəzən və Xızı sakinləri də iştirak edə biləcəklər.
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.