Sumqayıtlı mütəxəssis nüfuzlu mükafata layiq görülüb. Sumqayıt24 bu barədə 16 noyabr tarixində Facebook sosial şəbəkəsinə istinadən xəbər verir.
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) İdarə Heyətinin sədr müavini Rauf Rzayev “Best Tutor” (İlin Təlimçisi) nominasiyası üzrə mühasibatlıq dünyasının "Oskar"ı sayılan "LUCA" mükafatı ilə təltif olunub.
Mükafat sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun İcraçı direktoru Qarri Karter tərəfindən təqdim olunub.