Sumqayıt Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib. Bu haqda bu gün, 24 iyun tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Mediaturu keçirməkdə məqsəd Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi KİV nümayəndələrini qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanış etməkdir. Mediatur çərçivəsində yeni yaradılmış emalatxananın açılışı keçirilib. Tədbirdə şəhid anaları da iştirak ediblər.
Sumqayıt Reabilitasiya Mərkəzində postmüharibə dövründə 250-dən çox qaziyə stasionar və ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.