2023-2024-cü tədris ili üzrə birinci sinfə şagird qəbulu ilə bağlı canlı yayım həyata keçiriləcək. Bu haqda 19 may tarixində Sumqayıt24 xəbər verir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva rəsmi Facebook səhifəsində sualları cavablandıracaq. Yayım 19 may saat 16:30-da başlayacaq. Mövzu ilə bağlı suallarınızı rəy bölməsində qeyd edə bilərsiniz.
Qeyd edək ki, Sumqayıt şəhəri üzrə təhsil müəssiələri Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.