Sumqayıt şəhərində “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsinin icrasına başlanılıb. Bu haqda bu gün, 28 fevral tarixində layihənin rəhbəri Cəsarət Hüseynzadə öz Facebook hesabında məlumat yayıb.
3 ay müddətində davam edəcək layihənin məqsədi yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına dəstək göstərməkdir. Regionda ictimai iştirakçılığın vəziyyəti ilə bağlı monitorinqlər aparılacaq və reportajlar hazırlanacaq.
Layihə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunub.