Sumqayıtda gənc qızın mobil telefonu oğurlanıb. Bu haqda bu gün, 6 iyul tarixində Lent.az-a istinadən xəbər veririk.
Hadisə qızın oğlanla birgə gəldikləri restoranda baş verib. Oğlan qızın telefonunu götürüb, zəng etmək üçün çıxıb və bir daha geri qayıtmayıb.
Məlumata əsasən, müştərilərin sifarişləri təqdim edilib, lakin onlar yeməklərinə toxunmayıblar. Restoran rəhbərliyi tək qalan qızdan sifarişin hesabını tələb etməyib.