Sumqayıtda restoran sahibləri cəzalandırılıblar. Sumqayıt24 bu haqda 17 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
İctimai-iaşə obyektləri və restoranlarda monitorinqlər aparılıb. Şəhərimizdə fəaliyyət göstərən “Ülvi”, “Xarı Bülbül”, “Yeni Həyat” və “Okean” restoranlarından havaya normadan artıq tullantıların atıldğı məlum olub.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar cərimələniblər.
Nəzarət tədbirləri davam etdirilir.