“Ritm bir dünyadır” adlı müsabiqənin 2-ci turu baş tutub. Bu haqda bu gün, 18 aprel tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Yarışma Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutub. Müsabiqədə Ə.Bakıxanov adına 1 nömrəli, Bülbül adına 2 nömrəli, S.Rüstəmov adına 3 nömrəli, F.Əmirov adına 5 nömrəli uşaq musiqi məktəblərinin, Abşeron rayon Qobu qəsəbə, Abşeron rayon Mehdiabad qəsəbə, Abşeron rayon Ceyranbatan qəsəbə, Qubadlı rayon Ə.Mehdiyev adına, Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd, Şuşa rayon Quşçular kənd uşaq musiqi məktəblərinin, eləcə də Xızı rayon Giləzi Folklor klubunun və Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri iştirak ediblər.
Rövşən Cabbar, Vaqif Əliyev, Azər Vahidi, Eyvaz Mütəllimov münsiflər heyətini təşkil ediblər. Qalib gələn 37 ifaçı may ayında keçiriləcək hesabat konsertində təltif olunacaq.